Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2024 , 23:40

91

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi növbəti bir layihəyə yekun vurub 

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində Bakı şəhəri Yasamal rayonu Zərgərpalan hamamında yekun təqdimat keçirib. 15 noyabr 2024-cü il tarixdə keçirilən yekun təqdimatda Miras İctimai Birliyi üzvləri, alimlər, media nümayəndələri, mədəniyyət işçiləri, sahibkarlar və s. iştirak ediblər.

Əvvəlcə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihə haqqında qısa məlumat verib, layihənin məqsəd və vəzifələri barədə danışıb. Layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul və Ankara Böyükşəhər bələdiyyələrinin təcrübəsini öyrəndiklərini, Türkiyə qanunvericiliyini incələdiklərini, Azərbaycan bələdiyyələri üçün Təlimat kitabı hazırladıqlarını, araşdırmanın nəticələrini Araşdırma kitabında topladıqlarını, mədəni irsin qorunmasına bələdiyyələrin dəstəyinin nümunəvi formatını göstərən sosial vidoeçarx hazırladıqlarını, Xınıslı (Şamaxı), Basqal, Nərgizava (Ağsu) abidələri ərazisində mülkiyyətçilərin məlumat bazasını göstərən municipalheritage.az internet səhifəsini hazırladıqlarını bildirib. Araşdırma, baza hazırlama və təlim-seminar çərçivəsində layihəyə 2500 nəfərdən çox sakini cəlb etdiklərini qeyd edib.

Layihənin eksperti tarix elmləri doktoru, professor Qafar Cəbiyev tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği sahəsində olan problemlər və qarşıda duran vəzifələr barəsində danışıb. O, son zamanlar Zərgərpalan hamamında aparılan arxeoloji azıntı haqqında qısa məlumat verib. 

Layihənin təlimçisi Gülşən Hüseynova təlim proqramına uyğun olaraq bələdiyyə sədrləri üçün Şamaxı, İsmayıllı və Ağsu şəhərlərində keçirilən təlimlərin nəticələrindən bəhs edib.

Təlimat və Araşdırma kitablarının rəyçiləri Prof.Dr. Kübra Əliyeva və Prof.Dr. Şikar Qasımov kitablar haqqında təəssüratlarını bölüşüblər. Mədəni irsin qorunmasında "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin fəaliyyətini təqdir ediblər. 

Yekun təqdimatda "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi" mövzusunda videoçarx təqdim olunub. İştirakçılara "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi - Təlimat kitabı" və "Bələdiyyələr və Mədəni irs - Araşdırma kitabı" paylanıb. 

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
243

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
257

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
222

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
264